QuruXəbərlər

“BAE Systems” M109A7 “Paladin” ÖAQ-lar üçün ABŞ Ordusundan əlavə sifariş alıb

“BAE Systems” şirkəti ABŞ Ordusu üçün əlavə M109A7 “Paladin” özüyeriyən artilleriya qurğuları (ÖAQ) və M992A3 sursat daşıyıcılarının istehsalını nəzərdə tutan 535 milyon dollar dəyərində müqavilə əldə edib.

“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.

ABŞ Ordusunun zirehli tank briqadaları döyüş qruplarının əsas artilleriya qurğularından biri olan M109A7 “Paladin”, artilleriya bölmələrinə sürətli yerləşdirmə və yüksək dəqiqlik təmin edir.

İnkişaf etmiş atəş gücü və manevr qabiliyyətinə, o cümlədən “atəş aç və mövqe dəyiş” imkanına malik olan M109A7 mövqedə yerləşdirilmiş vəziyyətdə 30 saniyədən az müddətdə, hərəkət zamanı isə bir dəqiqə ərzində dəqiq atəş həyata keçirə bilir. Bu xüsusiyyət yüksək təhlükəli mühitlərdə həm sağqalma, həm də effektivlik baxımından üstünlük təmin edir. Uyğunlaşdırıla bilən şassi və yeni nəsil imkanlarla təchiz olunan M109A7 döyüş meydanında ən yüngül tırtıllı ÖAQ-lardan biri hesab olunur.

Back to top button