Bakıda Cammu və Kəşmirin İşğal Günü ilə bağlı tədbir keçirilib

Bakıda Cammu və Kəşmirin İşğal Günü ilə bağlı tədbir keçirilib

Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin İşğal (Qara) Günü ilə bağlı tədbir keçirilib.

“Poliqon” xəbər verir ki, tədbirə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin, səfirliyin nümayəndələri və media mənsubları qatılıb.

Tədbirdə əvvəlcə, Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə xalqın ağır vəziyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra səfir Q.Mohiuddin çıxış edərək, Hindistanın işğalı altındakı Cammu və Kəşmirin acınacaqlı tarixindən söhbət açıb. O vurğulayıb ki, Pakistan Hindistanın işğalı altında olan Cammu və Kəşmirin məzlum xalqına göstərdiyi davamlı dəstəyə görə qardaş Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirir.

CATEGORIES