Müdafiə
Bakıda “Dəniz kuboku – 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib – FOTOLAR

Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku – 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib.
Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Sonda konfransın yekun protokolu imzalanıb.





