Müdafiə

Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir

Aprelin 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yüngül atletika, güləş, pentatlon, futbol və voleybol üzrə təşkil olunacaq yarışlarda 100-dən artıq hərbi idmançı iştirak edir.

Yarışlar aprelin 21-dək davam edəcək.

dfdf545a528204991a1f1917857c6fdd e1523951705791

405ef022bf8ba8471453cfd0be57718e

Back to top button