Bakıda Qazaxıstan Silahlı Qüvvələr günü qeyd olunub

Bu gün Qazaxıstanın Azərbaycandakı səfirliyində Qazaxıstan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə qəbul keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə Azərbaycanın hərbi qurumlarının rəsmiləri, Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev qonaqları salamlayaraq iki ölkə arasında mövcud əlaqələrin hər keçən il daha da genişləndiyini qeyd edib. Ölkəsinin regional təhlükəsizlik mövzusunda Azərbaycan daxil olmaqla qonşu ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirib.

Qazaxıstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Kair Tezekbayev isə çıxışında Qazaxıstanın son illər ordunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atdığını, Silahlı Qüvvələrin yeni silah və texnikalar hesabına gücləndiyini, milli hərbi sənaye kompleksinin qurulduğunu vurğulayıb.

Hərbi attaşe Qazaxıstanın Azərbaycan ilə müdafiə və təhlükəsizlik sahəsində uzun illərə dayanan əlaqələrin olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə maraqlı olduğunu  bildirib.

“Bu gün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirmiş onlara zabitimiz Qazaxıstan Silahlı Qüvvələrinin sıralarında xidmət edirlər”,- deyə K. Tezekbayev vurğulayıb.

CATEGORIES