Bakıda Türkiyə Müdafiə Sənayesi Ofisinin açılış tarixi bəlli oldu – EKSKLÜZİV

Türkiyənin Bakıdakı Müdafiə Sənayesi Ofisinin bu ilin iyun ayında açılması gözlənilir. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraqTürkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Ofisin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində açılması planlaşdırılır. Hazırda ofisin açılması ilə bağlı müvafiq hazırlıq işləri aparılmaqdadır.

Müdafiə Sənayesi Ofisi Cənubi Qafqaz və Mərkəzi Asiya türk cümhuriyyətləri üzrə Türkiyə müdafiə sənayesinin tanıtımı və əlaqələrinin qurulmasını həyata keçirəcək.

Qeyd edək ki, hazırda Türkiyənin ABŞ-ın Vaşinqton və Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Müdafiə Sənayesi Ofisi fəaliyyət göstərir.

KATEQORIYA: