Bakının hava naviqasiyası INDRAya əmanət

İspaniyanın Indra şirkəti Bakı Beynəlxalq Hava Limanında AZANS adlı aeroport naviqasiya sistemini qurur. Bu barədə “AzeriDefence.com” saytı Indra şirkətinə istinadən məlumat verib.Sistem Aircraft Situation Display (ASD), Controller Pilot Data Link Communications (CPDLC) və Precision Area Navigtation (P-RNAV) şəbəkəsi ilə daha çox uçuşları idarə etməklə yanaşı, rahat və təhlükəsiz hərəkəti təmin edəcək. Sistem həmçinin başqa mərkəzlərlə əlaqələndirilmiş şəkildə işləyə biləcək.

Kommunikasiya sistemi VoIP protokoluna əsaslanıb. Bu sistem SDC-2100 rəqəmsal səsli əlaqə sayəsində hava hərəkətlərini avtomatik nəzarət altına almaq özəlliyinə sahibdir ki, bu da həm təhlükəsizliyi artırır, həm də idarə etməni asanlaşdırır.

KATEQORIYA: