Banqladeş JF-17 qırıcılarına böyük maraq göstərir

Banqladeş JF-17 qırıcılarına böyük maraq göstərir

Banqladeş Pakistan və Çinin birgə istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrinə böyük maraq göstərir.

“Poliqon” xəbər verir ki, bu barədə Banqladeş Silahlı Qüvvələrinin zabiti general-leytenant Kamrul Həsən bildirib.

Xarici KİV-lərdə dərc olunan məlumata görə, Banqladeş hökuməti Hərbi Hava Qüvvələrinin aviasiya parkını modernləşdirmək üçün Pakistandan 32 ədəd JF-17 almaq istəyir.

JF-17 “Thunder” qırıcısı Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkəti tərəfindən birgə hazırlanıb. Pakistan HHQ-də JF-17 “Thunder” olaraq adlandırılan təyyarə Çində “Chengdu FC-1 Xiaolong” adı ilə tanınır.

Qırıcının uzunluğu 14970 mm, qanad açıqlığı 9460 mm və hündürlüyü 4770 mm təşkil edir. Boş kütləsi 6411 kq olan təyyarənin maksimal uçuş ağırlığı 12474 kiloqramdır. Ona Rusiya istehsalı bir ədəd RD-93 mühərriki (və ya onun Çin analoqu WS-13) güc verir ki, bu da ona maksimum 1.8 Mach sürətlə uçmaq imkanı təmin edir.

JF-17-nin döyüş radiusu 1350 km, uçuş məsafəsi 2037 km (üç ədəd əlavə yanacaq çəni ilə 3000 km) və maksimum uçuş hündürlüyü 16700 metrdir. AESA radarı, aviasiya bombaları, “hava-hava” və “hava-yer” raketləri ilə təchiz edilə bilən qırıcı müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilir.

CATEGORIES