Xəbərlər
“Barak-ER” raketinin atış sınaqları keçirilib

İsrailin “İsrael Aerospace İndustry” (İAİ) şirkəti “Barak” hava hücumundan müdafiə sistemi ailəsinin “Barak-ER” (extended range) konfiqurasiyalı raketinin atış sınaqlarını keçirib.
Bu barədə “Poliqon” İAİ şirkətinə istinadən məlumat verib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, daha uzun mənzil və ballistik təhdidlər üçün inkişaf etirilmiş “Barak-ER” raketinin sınaqları uğurla nəticələnib.
“Barak-ER” raketinin atış mənzili 150 kilometr, hədəfi məhv etmə yüksəkliyi isə 30 000 metrə yaxındır. Şaquli atışla buraxılan raket gücləndiriciyə, iki pilləli raket mühərrikinə və təkmilləşdirilmiş radar sisteminə malikdir.
Elşən Abulkərimov




