“Bastion” zirehli maşınlarının partiyası tezliklə Ermənistanda olacaq

“Bastion” zirehli maşınlarının partiyası tezliklə Ermənistanda olacaq

Fransa istehsalı “Bastion” zirehli nəqliyyat vasitələrinin partiyası tezliklə Ermənistanda olacaq.

“Poliqon” xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu söyləyib.

O, Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı satışa çıxarılan gecəgörmə cihazlarının satın alınmasına dair müqavilə imzaladığını bildirib.

S.Lekornu qeyd edib ki, Ermənistan tərəfi dünən axşam həmin cihazların ilk partiyasını təhvil alıb.

Tezliklə GM200 radarlarının tədarük olunacağını deyən fransalı nazirin sözlərinə görə, Ermənistana “Mistral” daşınan zenit-raket komplekslərini də təklif edəcəklər.

“Bunlar qısa mənzilli raket kompleksləridir. Onlardan istifadə etməyi öyrənmək olduqca asandır. Bizə həmin təbəqənin qorunmasını (red. Laylı hava hücumundan müdafiə qatının aşağı təbəqəsi nəzərdə tutulur) təklif etmək imkanı verəcək bir müzakirəni artıq aparmışıq. İkinci mühafizə təbəqəsi üçün biz orta qat hava mühafizəsini təklif edəcəyik”, – deyə Fransanın müdafiə naziri Sebastyan Lekornu vurğulayıb.

CATEGORIES
TAGS