Bayden Pentaqonun 858 milyard dollarlıq büdcəsini imzalayacaq

Bayden Pentaqonun 858 milyard dollarlıq büdcəsini imzalayacaq

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2023-cü il büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyətləri Aktı (National Defense Authorization Act – NDAA) hərbi büdcəni böyük ölçüdə genişləndirir.

“Poliqon” xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib ki, Prezident Co Baydenin bu həftə təsdiq edəcəyi 2023-cü ilin hərbi büdcəsi 858 milyard dollar təşkil edir.

Bununla Pentaqonun xərcləri İraq və Əfqanıstandakı müharibələrin qızğın vaxtından bəri görünməmiş səviyyələrə çatmağa hazırlaşır. Bu, hətta Baydenin tələb etdiyindən 45 milyard dollar çoxdur və keçən ilki müdafiə xərclərindən 10 faiz çoxdur.

Qeyd edək ki, ABŞ-ın 2022-ci ildəki hərbi büdcə layihəsi 778 milyard dollar təşkil edib.

Poliqon.az

CATEGORIES