“Bayraktar TB2” PUA 400 min uçuş saatı ilə rekord qırıb – VİDEO

“Bayraktar TB2” PUA 400 min uçuş saatı ilə rekord qırıb – VİDEO

Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının (SPUA) növbəti sınaqları keçirilib.

Bu baradə “Poliqon”a “Baykar” şirkətindən məlumat verilib.

Sınaqlar zamanı “Bayraktar TB2” PUA 400 min uçuş saatını uğurla tamamlayaraq Türk aviasiya tarixində yeni rekorda imza atıb.

Qeyd edək ki, 2020-ci il sentyabr ayının 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsində bir neçə müasir silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Bu yeni silah sistemlərinin ən effektivlərindən biri də Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı oldu.

Rəsmi görüntülər əsasında aparılmış dəqiqləşdirmələrə əsasən, Vətən müharibəsi zamanı 44 günlük döyüş əməliyyatlarında “Bayraktar TB2”lər vasitəsi ilə Ermənistan Ordusuna aid 90 ədəd T-72 tankı, 29 ədəd piyada döyüş maşını, 132 ədəd artilleriya qurğusu, aralarında “Smerç” və WM-80 yaylım atəşli reaktiv sistemlər də olmaqla 61 YARS, 9 radiolokasiya stansiyası və REM sistemi, 143 nəqliyyat vasitəsi, habelə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş