“Bayraktar TB3” ilk atışında hədəfi dəqiqliklə vurub

“Bayraktar TB3” ilk atışında hədəfi dəqiqliklə vurub

“Baykar” şirkətinin “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) “Roketsan” şirkətinin istehsal etdiyi MAM-T mini ağıllı sursatı ilə ilk atış sınağını yerinə yetirib.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, sınaq zamanı əvvəlcə “Bayraktar TB3” pilotsuz uçuş aparatı ASELSAN şirkətinin istehsalı olan ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ilə təyin edilən hədəfi aşkarlayıb. Daha sonra atdığı iki ədəd MAM-T sursatı ilə hədəfi dəqiqliklə vurub.

CATEGORIES