Belarus Ordusu Rusiya silahları ilə təchiz olunacaq

Belarus Ordusu Rusiya silahları ilə təchiz olunacaq

Belarus Ordusuna böyük miqdarda Rusiya istehsalı olan silah və texnika tədarük ediləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib. Aleksandr Lukaşenkonun sözlərinə görə, çatdırılmalar qısa müddətdə başlamalıdır.

Belarus mətbuatı A.Lukaşenkonun “Rusiya respublikaya onlarla təyyarə, helikopter və hava hücumundan müdafiə sistemi verəcək” sözlərini sitat gətirib.

Belarus rəhbəri bu yaxınlarda ordunun müasir texnika və silahlarla yenidən təchiz edilməsi haqqında fərman imzaladığını da söyləyib. O, yalnız S-400 zenit-raket kompleksinin alınması mümkünlüyünü qeyd edərək heç bir konkret məlumat verməyib. Son qərar “Zapad-2021” təlimlərinin nəticələrinə əsasən veriləcək.

“Yenidən təchiz edələcəyik. Təlimlərdə başqa bir şeyə ehtiyacımız olduğunu görsək, Rusiya Federasiyasından alaraq silahlanmaya daxil edəcəyik”, – deyərək Belarus lideri əlavə edib.

Xatırladaq ki, bu ilin avqust ayında Belarus Prezidenti respublikanın S-400 hava hücumundan müdafiə sistemi almaq niyyətini açıqlayıb. Komplekslər Belarus atom stansiyasının tikintisi üçün ayrılan Rusiya kreditinin qənaət olunmuş vəsaitləri hesabına alınacaq. Rusiya, S-400 kompleksinin Minskə tez çatdırılma ehtimalını təsdiqləsə də, indiyədək belarusların bu məsələyə toxunmadıqlarını qeyd edib, həmçinim 96K6 “Pantsir-S” zenit raket-top kompleks sürətli çatdırılma ehtimalını da təsdiqləyib.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Su-30SM qırıcılarının və Yak-130 təlim-döyüş təyyarələrinin tədarükü üçün müqavilələr imzalayıb. Bundan əlavə, Belarus hərbiçiləri 9M332 “Tor-M2” zenit raket komplekslərinin daha üç batareyasını almaq niyyətindədir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS