Belarusda 80 mm-lik “Fleyta” YARS-ın atəş sınaqları keçirilib – VİDEO
Belarusda 80 mm-lik S-8 aviasiya idarə olunmayan reaktiv mərmiləri raketlərinin atılması üçün nəzərdə tutulmuş yeni “Fleyta” yaylım atəşli reaktiv sisteminin (YARS) ilk atəş sınaqları yerinə yetirilib.
Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verib.
Sınaq Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi sisteminə daxil olan “BSVT – novıye texnologii” (BSVT – NT) müəssisəsi tərəfindən 230 saylı “Obuz-Lesnovski” ümumqoşun poliqonunda keçirilib. Məmulat “BSVT – NT” şirkətində təşəbbüs qaydasında hazırlanıb.
Qeyd olunur ki, sınaqlar zamanı prototipin yaradılmasında istifadə olunan konstruktiv həllər yoxlanılıb və təsdiq edilib. Sınaqlarda qısa müddətdə atışa hazırlaşmaq, atəş tapşırığını yerinə yetirmək və atəş mövqeyini dəyişmək mümkünlüyü təsdiqlənib.
“Fleyta” YARS özündə S-8 aviasiya idarə olunmayan reaktiv mərmilər üçün 80 ədəd istiqamətləndirici paketi ilə təchiz edilmiş “ASILAK” APC-6 yüngül zirehli avtomobilini tərənnüm edir.
Qurğu Quru Qoşunlarının və Xüsusi Əməliyyat Qüvvələrinin birbaşa atəş dəstəyi, düşmənin açıqda yerləşən və gizlənmiş canlı qüvvəsinin, zirehli və yüngül zirehli texnikasının, artilleriya və minaatan batareyalarının məhv edilməsi, digər atəş tapşırıqlarının həlli üçün təyin edilib.
Dəqiqliyi və vahid idarəetmə orqanının rəhbərliyi altında bir qrupun tərkibində döyüş maşınının istifadə imkanını artırmaq üçün “Fleyta” YARS “Alyans” avtomatlaşdırılmış atəşi idarəetmə sistemi (AİS), həmçinin bort naviqasiya kompleksi ilə təchiz edilib. Xatırladaq ki, məmulat əvvəllər bir sıra yürüş sınaqlarından keçib.
Qeyd edək ki, reaktiv sistem 2019-cu ildə yaradılıb və bölmələrin birbaşa atəş dəstəyi üçün təyin edilib. Şassi 4,4 litrlik dizel mühərriki ilə təchiz olunub.
“Fleyta” YARS-ın cəbhə xəttinə yaxında fəaliyyət göstərməsini nəzərə alaraq, istehsalçı nəqliyyat bazasının konstruksiyasının vacib komponentlərini heyəti minalardan, fuqaslardan və atıcı silahlardan atəşə tutulmaqdan müdafiə etmək məqsədi ilə zirehləndirib.
Əhəd Əzizov