Xəbərlər
Belarusda BM-21B “BelQrad-2” YARS-ın sınaqları keçirilib

Belarusda BM-21B “BelQrad-2” yaylım atəşli reaktiv sistemin (YARS) sınaq nümunəsinin dövlət sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, Belarusun “Radioelektron silahların təmiri üzrə 2566-cı zavod”u tərəfindən yaradılan YARS, 6×6 təkər formullu MAZ-6317 şassisində yerləşdirilib.
Qeyd edək ki, BM-21B “BelQrad-2” YARS sınaq nümunəsi 23 iyun tarixində fəaliyyətə başlamış MİLEX-2021 Beynəlxalq silah və hərbi texnika sərgisində nümayiş olunur.
Əhəd Əzizov




