Xəbərlər

Belarusda BREM-70MB1 zirehli təmir-təxliyyə maşını yaradılıb

Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin (DHSK) tərkibinə daxil olan “140-cı Təmir Zavodu” tərəfindən təkmilləşdirilmiş BTR-70MB1 zirehli transportyorunun bazasında BREM-70MB1 zirehli təmir-təxliyyə maşını yaradılıb.

Bu barədə “Poliqon” Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verib.

Zirehli təmir-təxliyyə maşını texniki kəşfiyyat aparmaq, qəzalı təkərli zirehli maşınları təxliyyə etmək və heyətlərə onların texniki baxışı və təmirində kömək etmək üçün təyin edilib.

BREM-70MB1-in xüsusi avadanlığı və texniki xüsusiyyətləri təkərli zirehli transportyorlarla silahlanmış bölmələrin maraqları çərçivəsində bir sıra vəzifələri effektiv həll etməyə imkan verir:

– ərazinin texniki kəşfiyyatının aparılması;

– təmin edilən zirehli maşınların ilişib qalmış nümunələrinin çıxarılması;

– nasaz (zədələnmiş) zirehli nəqliyyat maşınlarının təxliyyə edilməsi;

– zirehli transportyorların təxliyyəsi və təmiri zamanı yükqaldırma işlərinin yerinə yetirilməsi;

– müvafiq zirehli texnika növlərində təmir işlərinin aparılması;

– zirehli texnika nümunələri ilə su maneələrinin dəf edilməsinin təmin edilməsi;

– zirehli texnikanın təmin edilən nümunələri üçün zirehli tank əmlakının daşınması;

– təmin edilən maşınların heyətlərinə texniki xidmət və təmir işlərində texniki yardımın göstərilməsi;

– yer və hava hədəflərinə atışın aparılması;

– mühəndis (torpaq qazma) işlərinin icrası;

– müvafiq zirehli texnikaların təxliyyəsi zamanı maskalanmanın təmin edilməsi.

Təmir-təxliyyə maşını zirehli hermetik gövdəyə malikdir və 260 at gücündə KAMAZ-7403.10 dizel mühərriki ilə təchiz olunmuşdur ki, bu da hərəkət zamanı maksimum sürəti təmin edir:

– şossedə – ən azı 70 km/saat;

– torpaq yollarda – ən azı 30 km/saat;

– zirehli transportyor kimi yedəkli maşınla – ən azı 15 km/saat;

– suda üzmə – ən azı 6 km/saat.

Məmulatın kütləsi 13 ton, heyəti isə 4 nəfərdir.

Döyüş əməliyyatları zamanı təyinatı üzrə tapşırıqları yerinə yetirərkən təmir-təxliyyə maşınının və zədələnmiş zirehli maşınların heyətlərinin müdafiəsini təmin etməkdən ötrü BREM-70MB1 maşını BTR-70 zirehli transportyorunun 7,62 mm-lik PKT pulemyotlu qülləsi dəsti ilə təchiz edilmişdir. Döyüş sursatlarının döyüş dəsti 2000 patron təşkil edir. Maskalanmanın təmin edilməsi üçün 81 mm çaplı tüstü qumbaralarını atan universal 902V “Tuça-2” sisteminin altı ədəd qurğusu ilə təchiz edilib. Qumbaralar 200 – 300 m məsafəyə atılır və sahəsi 50×28 m olan bütöv bir tüstü pərdəsi yaradılır

Təmir və təxliyyə avadanlıqlarına 800 kq (fırlanan) və 1200 kq (fırlanmayan) yükqaldırma qabiliyyətinə malik iki ox-kran, iki bloklu dartıcı bucurqad, ən azı 200 kq yükqaldırma qabiliyyətinə sahib çıxarıla bilən metal yük platforması, QDE-25 qaynaq generatoru, ştat alətlər dəsti, xüsusi qurğular və tərtibatlar daxildir.

Torpaq işlərinin yerinə yetirilməsi üçün gövdənin ön aşağı hissəsində xüsusi bıçaq quraşdırılıb.

Sabit və etibarlı rabitəni təmin etmək üçün maşında Belarus istehsalı R-181-50TU “Drofa” radiostansiyası nəzərdə tutulub.

223947450 361370685488216 4367614603314959925 n

Əhəd Əzizov

Poliqon.az

Back to top button