
Belarusda avtomatlaşdırılmış kənardan idarə olunan “Adunok-V” müşahidə-atəş kompleksi yaradılıb.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, kompleks “Displey” konstruktor bürosu tərəfindən yaradılıb.
Kompleksin silah arsenalı 12,7 mm-lik NSVT pulemyotundan və 30 mm-lik AQS-17 avtomatik qumbaraatandan təşkil olunub.
“Adunok-V”nin döyüş komplekti 100 patron və 50 qranatdan ibarətdir.
Kompleks 2000 metr məsafədə hədəfi görə bilən videokamera, 1000 metr-də termal, 2500 m-də isə lazer cihazla təchiz edilib. Silahın ümumi çəkisi 261 kq-dır.
Kompleks tırtıllı və təkərli zirehli maşınlara, pilotsuz uçuş aparatlarına və sahil mühafizə gəmilərinə inteqrasiya edilə bilər.




