Belarusda PUA-lar üçün aviasiya məhvetmə vasitələri yaradılıb

Belarusda PUA-lar üçün aviasiya məhvetmə vasitələri yaradılıb

Belarusun “Dəqiq Elektromexanika Zavodu” Respublika İstehsalat Unitar Müəssisəsinin fəaliyyətinin ən vacib perspektivli sahələrindən biri də pilotsuz uçuş aparatları (PUA) üçün aviasiya məhvetmə vasitələrinin yaradılmasıdır.

“Poliqon” xəbər verir ki, Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fəaliyyət sahəsinin inkişafı çərçivəsində, zavodun mütəxəssisləri təşəbbüs əsasında PUA-lar üçün kiçik ölçülü idarə olunan süzən UPAB-08 və korrektə olunan KAB-05 aviasiya bombalarını hazırlayıblar.

Bu vasitələrin əsas xüsusiyyəti, yüksək aerodinamik xassələri ilə birlikdə aşağı kütləsi və nisbi konstruksiya sadəliyidir.

UPAB-08 kiçik ölçülü idarəolunan süzən aviasiya bombası düşmənin canlı qüvvəsini, avtomobillərini, zirehli maşınlarını, raket qurğularını, hava hücumundan müdafiə sisteminin elementlərini və idarəetmə məntəqələrini, həmçinin hərbi və sənaye infrastrukturunun digər elementlərini məhv etmək üçün təyin edilib.

Məmulatda silahı inersial rejimdə və peyk naviqasiyasından istifadə edərək idarə etməyə imkan verən kombinələşdirilmiş idarəetmə sistemi tətbiq edilib.

UPAB-08 aviasiya bombası, kumulyativ-qəlpəli və qəlpəli-fuqas komponentlərindən ibarət iki modullu döyüş başlığına malikdir. Bomba kontakt partladıcı ilə təchiz edilib. Döyüş istifadəsinin maksimal yüksəkliyi PUA-silah daşıyıcının uçuş tavanından asılıdır.

Əsas taktiki-texniki xüsusiyyətləri: kütləsi 8 kq; uzunluğu 980 mm; qanad açılması 460 mm, döyüş başlığının kütləsi: kumulyativ-qəlpəli 2.5 kq, qəlpəli-fuqas 2 kq; minimal tətbiq hündürlüyü 500 m; ehtimal olunan dairəvi ehtimal sapması <10 m; maksimal uçuş məsafəsi 18 km-ə qədər; dəldiyi zirehin qalınlığı 150 mm-ə qədər; qorumasız canlı qüvvəyə qarşı qəlpə zədələməsinin təsirli radiusu 20 m-ə qədər.

KAB-05 kiçik ölçülü korrektə olunan aviasiya bombası düşmənin canlı qüvvəsini, avtomobillərini, zirehli maşınlarını, raket qurğularını, hava hücumundan müdafiə sisteminin elementlərini və idarəetmə məntəqələrini, həmçinin hərbi və sənaye infrastrukturunun digər elementlərini məhv etmək üçün təyin edilib.

ah1 1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS