Belarusda VOLAT V-2 zirehli transportyorunun sınaqları davam edir – VİDEO

Belarusda VOLAT V-2 zirehli transportyorunun sınaqları davam edir – VİDEO

Belarusda hazırda 8×8 təkər formullu V-2 MZKT-690003 zirehli transportyorunun (ZTR) payızın əvvəllərində başlayan sınaqları davam etdirilir.

Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verib.

Sınaq proqramına laboratoriya işləri, müxtəlif növ yollarda sınaqların aparılması və ZTR-in suda hərəkət keyfiyyətinin yoxlanılması daxildir. “Sınaqların nəticələrinə əsasən, ZTR-in suda hərəkəti ilə bağlı müsbət nəticələr əldə edilib”, – deyə, məlumatda bildirilir.

Qeyd edək ki, 8×8 təkər formullu MZKT-690003 ZTR şəxsi heyətin döyüş tapşırığı yerinə daşınması və döyüşdə atəş dəstəyi üçün təyin edilib.

Zirehli personal daşıyıcısı arxa tərəfində apparel olan tam qaynaqlanmış zirehli gövdəyə malikdir. O, döyüş məlumat-idarəetmə sistemi (BIUS), şinləri mərkəzi doldurma nasosu, radial deformasiya məhdudlaşdırıcısı (Run-Flat), filtr-ventilyasiya sistemi, yanğınsöndürmə sistemi, tüstüdən təmizləmə sistemi, videomüşahidə sistemi, özü çıxaran bucurqad kimi sistem və avadanlıqlarla təchiz olunub.

Bildirilir ki, 20 tonluq ZTR Br4 ballistik müdafiə və STANAG 4569 standartının 2a/2b minadan mühafizə səviyyəsinə malikdir. Torpaqdan maşının dibinə olan məsafə (klirens) 520 mm-dir. Suda 10 km/saat sürətlə üzərək və quruda 110 km/saat sürətlənə hərəkət edə bilir.

Məmulat 550 at gücündə mühərrik, avtomatik transmissiya, diferensialların məcburi kilidlənməsi, dizel generator qurğusu ilə təchiz edilib.

Xatırladaq ki, VOLAT V-2 ZTR-i müxtəlif növ silahların quraşdırılmasını təmin edən insansız döyüş modullarının yerləşdirilməsinə imkan verən universal bir platformadır.

Məlumat üçün bildirək ki, 2021-ci ilin avqustunda Rusiyada keçirilən “Armiya-2021” silah sərgisində VOLAT V-2 zirehli transportyoru “Adunok-BM-30” döyüş modulu ilə nümayiş etdirilib.

Tam ötürücülü zirehli döyüş maşını çayları və digər su maneələrini təmin edən hərəkət sistemləri ilə təchiz edilib. Hazırda döyüş maşınının Belarus Silahlı Qüvvələri üçün iki modifikasiyasının hazırlanmasını nəzərdə tutan taktiki-texniki tapşırıqlar razılaşdırılıb. Məmulatların 2 il ərzində tam sınaqlardan keçərək istifadəyə verilməsi planlaşdırılır.

VOLAT1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS