Belarusda ZRK üçün hava hədəfi yamsılayıcısı hazırlanıb

Belarusda ZRK üçün hava hədəfi yamsılayıcısı hazırlanıb

Belarusda Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin məşqləri üçün yerli inkişaf olan IVTs-122RL hava hədəfi yamsılayıcısı sınaqdan keçirilib.

Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verib

Bildirilib ki, Belarus hərbçiləri cari ilin sonuna qədər yeni məmulatları alacaqlar.

Əlavə olaraq məmulatların elan edilmiş xüsusiyyətlərinin təsdiqləndiyi də qeyd olunub.

IVTs-122RL yamsılayıcısı BM-21 və BM-21A döyüş maşınlarından, həmçinin 122 mm-lik reaktiv mərmilərin buraxılması üçün təyin edilmiş bir sıra digər buraxma qurğularından buraxılıb.

IVTs-122RL, HHM komplekslərinin radiokomanda tuşlamalı zenit idarə olunan raketlər üçün hədəfi yamsılayır (simulyasiya edir). Yamsılayıcı müasir döyüş şəraitinə yaxın şəraitdə 9K33M3 “Osa-AKM”, 9K330 “Tor”, 96K6 “Pantsir-S1” və 9K37 “Buk” zenit-raket komplekslərinin (ZRK) heyətlərinin təlimi və məşq etdirilməsi üçün təyin edilib.

Poliqonda atışlar zamanı 9K33M3 “Osa-AKM” ZRK-nin heyətləri IVTs-122RL vasitəsilə yamsılanmış hava hədəflərinin sabit aşkarlanmasını, tutulmasını, izlənilməsini və nişanlanmasını təmin ediblər.

Qeyd olunur ki, yamsılayıcı yüksək xüsusiyyətlər və modernləşdirmə potensialı ilə istehsal asanlığı, texnolojiliyi, etibarlılığı və aşağı qiyməti ilə seçilir. IVTs-122RL tamamilə Belarus məhsuludur.

Bu ilin sonunadək Belarus Silahlı Qüvvələrini təchiz etmək üçün inkişaf işlərinin başa çatdırılması və IVTs-122RL yamsılayıcısının tədarükü planlaşdırılır.

Əhəd Vahidoğlu

CATEGORIES