Belarusun yeni robotlaşdırılmış YARS kompleksi – “Vistl”

Belarusun “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi tərəfindən “Vistl” robotlaşdırılmış YARS kompleksi hazırlanıb.
“Poliqon” xəbər verir ki, “Vistl” robotlaşdırılmış YARS kompleksi ilk dəfə “MILEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi zamanı nümayiş etdirilib.
“Vistl” YARS qısa mənzilli silahdır və dönər platforma ilə təchiz edilmiş pilotsuz yerüstü az gözəçarpan döyüş maşınıdır.
Kompleks 57 mm-lik S-5 raketlərinin atılması üçün 18 istiqamətləndirici borular paketi ilə təchiz olunub. Döyüş maşını yerindən 4000 m-ə qədər məsafədə yerləşən düşmən canlı qüvvəsinə, zirehli və zirehsiz hədəflərə qarşı effektiv atəş aparmaq üçün təyin edilib. Döyüş robotunun idarə olunması radioelektron mübarizəyə qarşı patentləşdirilmiş texnologiyaya əsaslanan etibarlı radiokanal vasitəsi ilə uzaqdan həyata keçirilir.
Döyüş modulunda yerləşən əvvəlki “Qraç” optik-elektron sistemini (OES) əvəz edən daha mükəmməl “Çij-D” OES, fərqli görmə sahələrinə sahib termal və televiziya kameraları ilə, həmçinin lazer məsafəölçmə cihazı ilə təchiz edilmişdir. Bu sistem və cihaz sayəsində robotlaşdırılmış “Vistl” YARS kompleksi 3300 m-dən çox məsafədə yerləşən böyük zirehli hədəfləri aşkar edə bilir.
Kompleks “Alyans” vahid avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunmuşdur ki, bu da “Vistl” robotlaşdırılmış YARS-ı digər robot platformaları ilə birlikdə eyni stasionar obyektdə yerləşən idarəetmə mərkəzindən bir kompleksdə istifadəsinə imkan verir.
“Vistl” YARS universal nəqliyyat platforması “Berserk” robot atəş kompleksinin şassisisi ilə eynidir və döyüş modulu avtonom atəş nöqtəsi kimi tırtıllı platformadan ayrı istifadə edilə bilər.
“Vistl” kompleksi öz mövqeyini, istiqamətini (kursunu) və yan əyilməsini təyin edə bilir, həmçinin tuşlama bucağını və atışın istiqamətini hesablayan intelektual sistemlə təchiz edilmişdir.
Kompleksin iki idarəetmə rejimi var:
– koordinatlar üzrə (bağlı atəş mövqelərindən atış üçün istifadə olunur) atəş;
– müşahidə olunan hədəflərə atəş.
“Vistl” robotlaşdırılmış YARS kompleksinin texniki xüsusiyyətləri aşağıdakı kimidir:
– optiko-elektron stansiya – “Çij-D”
– silahlanması – C-5 idarə olunmayan aviasiya raketi
– kütləsi, kq – 2200
– qabarit ölçüləri (HxExU), mm – 1800x1400x2500
– batareyanın işləmə müddəti (növbətçi rejimdə), saat – 24
– izin eni, m – 1,1
– klirens, mm – 180
– Ön və arxa asma bucaqları, dərəcə – 35
– güc qurğusunun növü – hibrid
– maksimal hərəkət sürəti, km/s – 5
– yanacaq üzrə gediş ehtiyatı, km – 30
– LOS idarəetmə məsafəsi, m:
• şəhər şəraitində – 2000
• açıq ərazilərdə – 5000.


Əhəd Əzizov




