Xəbərlər

Birgə təlimdə xüsusi təyinatlılar düşmənin terror-diversiya qrupunu zərərsizləşdirib

Azərbaycan və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimin növbəti mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Türkiyənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

1 2

təl2

təl3

təl4

təl5

2 1

4 1

5 1

Poliqon.az

Back to top button