Birlik komandiri: Ən müasir silahlar Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır

Birlik komandiri: Ən müasir silahlar Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır

Dünyadakı ən müasir silahlar Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Ordusunun birlik komandiri general-mayor Kənan Seyidov POLİQON jurnalına açıqlamasında deyib.

General K.Seyidov bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müasir silah və texnikalarla daha da gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb: “Ordunun silahlanması ilə bağlı cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hal-hazırda Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır”.

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edən general-mayor K.Seyidov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi 21-ci əsrin ən müasir müharibəsi idi: “Bu müharibədə qazanılan təcrübədən, bizim döyüş təcrübəmizdən bizdən sonra olan müharibələrdə istifadə olundu. Amma ilk yeniliyi Vətən müharibəsində Azərbaycan Ordusu nümayiş etdirdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin hərbi baxımından qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatmasında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan “Harop”, “Bayraktar” və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı mühüm rol oynadı”.

Poliqon.az

CATEGORIES
TAGS