BMP-3 PDM-lərinin növbəti partiyası Rusiya Ordusuna çatdırılıb

BMP-3 PDM-lərinin növbəti partiyası Rusiya Ordusuna çatdırılıb

“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi tərəfindən dövlət sifarişi çərçivəsində istehsal olunan BMP-3 piyada döyüş maşınlarının (PDM) növbəti partiyası Rusiya Ordusuna təhvil verilib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, əsaslı təmir edilən piyada döyüş maşınlarının son partiyası da Rusiya Ordusuna çatdırılıb.

Qeyd olunub ki, dövlət müdafiə sifarişini yerinə yetirmək üçün hazırda “Kurqanmaşzavod” yüksək iş tempində çalışır və müəssisədə BMP-3 PDM-lərinin istehsal həcmi bir neçə dəfə artıb.

CATEGORIES
TAGS