BMP-3 PDM-lərinin növbəti partiyası Rusiya Ordusuna təhvil verilib
“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi tərəfindən dövlət sifarişi çərçivəsində istehsal olunan BMP-3 piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda Rusiya Ordusuna təhvil verilən BMP-3-lərin arasında yeni istehsal olunan PDM-lərlə yanaşı, əsaslı təmir edilən piyada döyüş maşınlarının olduğu da bildirilib.
Qeyd edilib ki, bu gün BMP-3 PDM-ləri keçən illə müqayisədə 30 dəfə çox istehsal olunur.