Xəbərlər

“Boeing” şirkəti T-7A təlim-məşq təyyarəsinin ilk nümunəsini hazırlayıb

“Boeing” şirkəti T-7A “Red Hawk” təlim-məşq təyyarəsinin ilk “tam rəqəmsal” seriyalı nümunəsini yığıb.

Bu barədə “Poliqon” “Boeing” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Tamamilə rəqəmsal konstruksiyalı təyyarə qabaqcıl istehsal, çevik proqram təminatının inkişafı və rəqəmsal layihələndirmə texnologiyalarından istifadə edilməklə inşa edilərək sınaqdan keçirilib ki, bu da layihələndirmədən ilk uçuşa qədər olan vaxtı xeyli azaldıb. Belə ki, əgər əvvəllər təyyarənin kabinasının yığılması 6 həftə çəkirdisə və bahalı avadanlıq tələb olunurdusa, müasir 3D çap texnologiyalarından istifadə etməklə bu proses cəmi 8 iş günü tələb edir. Texniki təsvirə əsasən, təyyarə “General Electric F404” mühərriki və artıq ABŞ aviasiyasında istifadə olunan, həmçinin gələcək ehtiyacları ödəmək üçün böyüməyə və çevikliyə imkan verən açıq arxitekturalı “Open Mission Systems” adaptiv proqram təminatı ilə təchiz olunub.

İsveçin “Saab AB” şirkəti ilə birgə yaradılan T-7A “Red Hawk” təyyarəsi T-X proqramı çərçivəsində 2018-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) tenderinin qalibi olub. Ümumi dəyəri 9,2 milyard ABŞ dolları olan uzunmüddətli müqaviləyə 351 təlim təyyarəsi, həmçinin 46 yerüstü trenajor daxildir.

Qeyd edək ki, tenderdə “BAE Systems”, “L-3 Communications” və “Scaled Composites” şirkətləri ilə ortaq şəkildə “Northrop Grumman Model 400” təlim təyyarəsini hazırlayan “Northrop Grumman” şirkəti də iştirak edib. Bundan başqa, tender iştirakçıları sırasında M-346 bazasında yaradılmış T-100 təyyarəsi ilə “Raytheon” və “Leonardo-Finmeccanica”, həmçinin T-50A təyyarəsini təqdim edən “Lockheed Martin” və KAI şirkətləri də olub.

T-7A “Red Hawk” tamamilə rəqəmsal mühəndislik üsulunun tətbiqi ilə layihələndirilən ilk təyyarədir. Gələcəkdə ABŞ HHQ bu istiqaməti inkişaf etdirmək niyyətindədir və hətta rəqəmsal mühəndislik metodundan istifadə edərək hazırlanmış təyyarələr üçün “e” işarələnməsini də ayırıb.

1 16

Əhəd Əzizov

Poliqon.az

Back to top button