Müdafiə
Bolqarıstan Azərbaycana lüləaltı qumbaraatanlar satıb

Bolqarıstan 2015-ci ildə Azərbaycana llüləaltı qumbaraatanların satışını həyata keçirib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Bolqarıstan hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildilib.
Bolqarıstan hesabatda 2015-ci ildə Azərbaycana 10 ədəd lüləaltı qumbaraatan satdığını açıqlayıb.
Qumbaraatanların satışı Bolqarıstanın “Arsenal-2000” şirkəti tərəfindən həyata keçirilib.



