Böyük Britaniya ABŞ-dan çox sayda JAGM raketi almaq istəyir

Böyük Britaniya ABŞ-dan çox sayda JAGM raketi almaq istəyir

ABŞ hökuməti Böyük Britaniyaya 957.4 milyon dollar dəyərində JAGM (Joint Air-to-Ground Missiles) raketlərinin satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 3000 ədəd AGM-179A JAGM raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.

CATEGORIES
TAGS