Böyük Britaniya “Challenger 3” tankı sifariş edir

Böyük Britaniya Kral Ordusunun ehtiyaclarını ödəmək üçün 148 ədəd “Challenger 3” əsas döyüş tankı sifariş edir.
“Poliqon” xəbər verir ki bu barədə BBC məlumat yayıb.
“Challenger 3” tankları, 1998-ci ildən bəri istifadə edilən “Challenger 2” tankının dərin təkmilləşdirilmiş variantıdır.
Döyüş maşınlarının təkmilləşdirilməsi “Rheinmetall BAE Systems Land” (RBSL) zavodunda yerinə yetiriləcək.
Müqavilə əsasında RBSL zavodunda 130 mühəndis və 70 texniki işçi olmaqla ümumilikdə 200 iş yeri yaradılacaqdır. Əlavə 450 yeni iş yeri isə Uest Midlands, Qlazqo, Nyucastle upon Tayndakı və Uayt adasındakı təchizatçı müəssisələrdə yaradılacaqdır.
Tarixi razılaşmanın ümumi dəyəri 800 milyon funt sterlinq və ya 1,119 milyard ABŞ dollarıdır.
İcrasına bu il başlanacaq proqram əsasında Böyük Britaniya Ordusu ilk “Challenger 3” tanklarını 2027-ci ilə, sonuncunu isə 2030-cu ilə qədər almağı planlaşdırır.
Tankın yeni versiyasının alınması, onların ümumi sayının 227 ədəddən 148 ədədə endirmək üçün qəbul edilmiş planlar fonunda baş verir.
Hər bir döyüş maşını döyüş sahəsindəki digər tanklarla, həmçinin hücum helikopterləri və pilotsuz uçuş aparatları ilə məlumat mübadiləsi edə biləcəkdir.
“Challenger 3” tankının saatda 97 km-ə qədər sürətlə hərəkət edə biləcək, yanacaq üzrə daha böyük gediş məsafəsinə sahib olacaq və çoxsaylı rəqəmsal sistemlər alacaq.
“Challenger 3” tankı, əvvəlki versiyadan dərin təkmilləşdirilmə zamanı rəqəmsal sistemlərlə və NATO sursatı atmaq üçün təyin edilmiş 120 mm-lik hamar lüləli L55A1 tank topu ilə silahlandırılmış yeni qülləsi ilə fərqlənir. Xatırladaq ki, silahlanmada duran “Challenger 2” tanklarında 120 mm-lik yivli lüləli L30E4 tank topu quraşdırılıb.
Əhəd Əzizov




