Böyük Britaniya İsraildən əlavə gecə görmə cihazları alır

Böyük Britaniya İsraildən əlavə gecə görmə cihazları alır

Böyük Britaniya Müdafiə Nazirliyi İsrailin “Elbit Systems” şirkətinə əlavə “XACT nv33” gecə görmə cihazları (NVG) sifariş verib.

“Poliqon” “Elbit Systems” şirkətinə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 19 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən işlər şirkətin Böyük Britaniyada fəaliyyət göstərən “Elbit System UK” müəssisəsi tərəfindən 18 ay ərzində yerinə yetiriləcək.

Qeyd edək ki, “XACT nv33” NVG müxtəlif tipli dəbilqələrə quraşdırıla, başa taxıla və ya əldə istifadə edilə bilən yüngül görüntü gücləndirici durbindir. Cihazın kompakt ölçüdə və yüngül olması ondan havanın qaranlıq vaxtı nəqliyyat vasitəsi sürmək üçün də istifadə etməyə şərait yaradır.

Hazırda XACT məhsul ailəsi Almaniya, Hollandiya, İsrail, Avstraliya və bir sıra NATO ölkələrinin Silahlı Qüvvələri tərəfindən istifadə edilir.

Poliqon.az

CATEGORIES
TAGS