Böyük Britaniya pilotsuz qırıcı istehsal edəcək

Böyük Britaniya özünün döyüş təyyarələri cütlüyünün tərkibində fəaliyyət göstərəcək pilotsuz qırıcılarını istehsal edəcək.
Bu barədə “Poliqon” “Janes” portalına istinadən xəbər verib.
Bununla əlaqədar olaraq, Böyük Britania Müdafiə Nazirliyinin sifarişi əsasında işləri yerinə yetirən ABŞ-ın “Spirit AeroSystems” şirkəti Böyük Britaniyanın yeni yüngül əlçatan döyüş təyyarəsi yaradılması üçün qəbul etdiyi “Lightweight Affordable Novel Combat Aircraft” (LANCA) proqramı çərçivəsində “Mosquito” pilotsuz qırıcılarını istehsal edəcək bütün iştirakçıları elan edib.
Gələcəkdə “Mosquito” yaradılması barədə məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin “Spirit AeroSystems” şirkətinə pilotsuz qırıcı prototiplərinin layihələndirilməsi və istehsalı üçün cari ilin yanvar ayında 30 milyon funt sterlinq ödədiyi zaman verilib.
Aprelin 28-də “Spirit AeroSystems” şirkəti, ABŞ-ın “Northrop Grumman” və Avtraliyanın “Intrepid Minds” şirkətlərinin mütəxəssislərinin də daxil olduğu komandanın toplanmasının başa çatdığını elan edib.
““Mosquito” heyətsiz döyüş təyyarəsi elə layihələndiriləcək ki, yüksək sürətli qırıcılarla yanaşı uça bilsin. Raketlərlə, müşahidə və radioelektron mübarizə texnologiyaları ilə silahlanaraq, o, düşmən qüvvələri üzərində üstünlüyü təmin edə biləcəkdir. “Sadiq izləyicilər” olaraq bilinən bu təyyarələr, Böyük Britaniyada düşmən təyyarələrini məhv etməklə yanaşı, “yer-hava” sinifli raketlərə qarşı həyatda qalmağı bacaran ilk pilotsuz platformalar olacaq”, – deyə Böyük Britniya Müdafiə Nazirliyi bildirib.
“Mosquito” pilotsuz qırıcısının uçuş sınaqları 2023-cü ilə planlaşdırılır. Gələcəkdə bu pilotsuz təyyarələr “Eurofighter Typhoon”, “BAE Systems”in “Tempest” və “Lockheed Martin”in F-35 “Lightning II” kimi qırıcılarının “izləyiciləri” olacaq.

Əhəd Əzizov




