Böyük Britaniyanın “Challenger 2” tankları artıq Ukraynadadır

Böyük Britaniyanın “Challenger 2” tankları artıq Ukraynadadır

Böyük Britaniya hərbi yardım çərçivəsində “Challenger 2” tanklarını Ukraynaya tədarük edib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “Twitter” hesabında paylaşım edib.

A.Reznikov paylaşımda tankların Ukraynaya qısa müddət öncə gətirildiyini və tezliklə döyüş missiyalarına cəlb olunacaqlarını bildirib.

Xatırladaq ki, ukraynalı hərbi qulluqçular da Böyük Britaniyada “Challenger 2” tankları ilə bağlı təlimlərini tamamlayaraq ölkələrinə geri qayıdıblar.

 

Poliqon.az

CATEGORIES
TAGS