Ukraynalı hərbçilər “Challenger 2” tankları ilə bağlı təlimlərini bitirib

Ukraynalı hərbçilər “Challenger 2” tankları ilə bağlı təlimlərini bitirib

Ukraynalı hərbi qulluqçular Böyük Britaniyada “Challenger 2” tankları ilə bağlı təlimlərini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda təlimlərini bitirən ukraynalı hərbçilərin Rusiya işğalına qarşı mübarizə aparmaq üçün öz ölkələrinə döndükləri bildirilib.

Qeyd edək ki, bu təlimlər Böyük Britaniyanın Ukraynaya 14 ədəd “Challenger 2” tankı, onun döyüş sursatı və ehtiyyat hissələrini tədarük edəcəyini açıqlamasından qısa müddət sonra başlayıb.

Təlim zamanı ukraynalı hərbi qulluqçulara “Challenger 2” tankının düzgün formada idarə olunması, hədəfin effektiv şəkildə müəyyənləşdirilib məhv edilməsi və digər məsələlər öyrədilib.

Poliqon.az

CATEGORIES
TAGS