“Bradley” döyüş maşınlarına əsgərləri qoruyan oturacaqlar qurulacaq

BAE Systems şirkəti “Bradley” döyüş maşınları üçün “SSI Technology” firmasına 10,8 mln. dollar dəyərində yüksəldilmiş yaşamaq qabiliyyətini təmin edən oturacaqlar sifariş verib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə BAE Systems şirkətinin yaydığı məlumatda bildirilib.

Xüsusi olaraq hazırlanmış oturacaqlar “Survivor Post Mount 1000” və “Survivor Modular Troop 3000” adlanır. Bu oturacaqlarda döyüşçülərin müdafiəsini təmin etmək üçün enerjini udan texnologiya tətbiq edilib.

“Oturacaqlar və onların asması maşınların ümumi yaşamaq qabiliyyəti potensialının ayrılmaz komponentidir”, – deyən BAE Systems şirkətinin maşın müdafiəsi proqramının direktoru Frank Krispinonun sözlərinə görə, alınmış bu texnologiya bel travmaları almaq ehtimalını azaltmağa imkan verir. Hansı ki, partlayış zərbəsi nəticəsində yarana bilər.

KATEQORIYA: