Britaniya şirkəti EOD heyətləri üçün yeni geyim dəsti hazırlayıb

Böyük Britaniyada fəaliyyət göstərən “NP Aerospace” şirkəti partlamamış hərbi sursatların zərərsizləşdiriməsi ilə məşğul olan mütəxəssislər üçün yeni nəsil EOD (Explosive Ordnance Disposal) kombinizonunu hazırlayıb.
“Poliqon”un “NP Aerospace” şirkətinə istinadən verdiyi məlumata görə, 4030 ELITE kombenizonu və dəbilqə sistemi müxtəlif ölkələrdən olan EOD operatorları ilə əməkdaşlıq çərçivəsində, onların tövsiyyələri nəzərə alınmaqla hazırlanıb.
Müasir texnologiyaların tətbiqi ilə hazırlanmış geyim dəsti ABŞ Milli Ədliyyə və İctimai Təhlükəsizlik İnstitutunun NIJ 0117.01 standartının tələblərinə cavab verir. Hazırda kombenizonun sertifikatlaşdırılması prosesi davam edir.
Şirkətin açıqlamasında bildirilib ki, yeni kombenizon azaldılmış çəkisinə baxmayaraq, üstün həyat qabiliyyəti və erqonomikası ilə EOD mühafizəsində yeni bir yanaşma təqdim edir.
Soyutma və rabitə sistemləri 4030 ELITE kobenizonuna əlavə yeniləmələr aparılmadan inteqrasiya oluna bilər.
4030 ELITE-nin əsas təkmilləşdirmələrinə aşağıdakılar daxildir:
– Mühüm sahələri tam şəkildə örtməklə 360° mühafizəni təmin edən yeni geyim və ön zireh lövhə dizaynı;
– Qapalı sahələrdə uzun müddətli əməliyyatlara imkan verir, operatorun manevr imkanlarını məhdudlaşdırmır;
– Müasir optik performans və zərbələrdən qorumaya imkan verən müasir dəbilqə dizaynı;
– Qadın və kişi operatorlara uyumlu ölçü aralığı;
– Kostyumun sürətli çıxarılması üçün əlavə təhlükəsizlik xüsusiyyətləri (30 saniyədən az);
– İstifadəçi tərəfindən rabitə, soyutma, KBRN və s. sistemlərin inteqrasiya edilə bilməsi.




