BTR-BM zirehli transportyorunun praktiki atış sınaqları keçirilib

BTR-BM zirehli transportyorunun praktiki atış sınaqları keçirilib

Rusiyanın zirehli transportyorları atəş güclərini əhəmiyyətli dərəcədə artıra bilərlər

“Hərbi sənaye şirkəti”nin (VPK) Moskva yaxınlığındakı təlim poliqonlarından birində BTR-BM zirehli transportyorunun uzaqdan idarə olunan döyüş modulu (UİDM) Müdafiə nazirinin müavini Aleksey Krivoruçkoya nümayiş olunub.

“Poliqon”un “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, BTR-BM UİDM “VPK” və “Silah emalatxanaları” şirkətlərinin konstruktorları və mühəndisləri tərəfindən şəxsi təşəbbüs əsasında yaradılıb. Bu məhsul ilk dəfə “Armiya-2020” Hərbi-Texniki Forumunda təqdim edilib. İndi isə yeni məmulat rəsmi olaraq Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələrinə təqdim edilib.

Təqdimat zamanı 30 mm-lik avtomatik topdan və qoşalaşdırılmış 7,62 mm-lik pulemyotdan praktiki atışlar yerinə yetirilib.

Atışlar çətin ərazi şəraitində hərəkətdən və dayanmadan 30 mm-lik avtomatik top üçün 1500-1000 m və 7,62 mm-lik qoşalaşdırılmış pulemyot üçün 900-500 m məsafədə peyda olan və hərəkət edən hədəflərə aparılıb. Bütün hədəflər ilk atışlardan uğurla məhv edimişdir” – deyərək “Hərbi sənaye şirkəti”nin baş direktoru Aleksandr Krasovitski bildirib.

A.Krasovitskinin sözlərinə görə, yeni döyüş modulu dünyadakı bütün analoqlara nisbətdə müsbət qiymətləndirilir. Xüsusilə bu üstünlüklərə, silahın şaquli müstəvidə əhəmiyyətli dərəcədə daha böyük tuşlama bucaqlarına, heyətin döyüş maşınını tərk etmədən döyüş sursatını doldurma qabiliyyətinə və qidalanma enerjisinin tam olmaması halında qəza rejimdə işləmə imkanına malik olması aiddir.

İstehsalçının deməsinə görə, BTR-BM UİDM avtomatlaşdırılmış atəşi idarəetmə sistemi ilə təchiz edilib. Buraya ballistik kompyüter, silahın iki müstəvili stabilizatoru və elektrik tuşlama ötürücüləri, televiziya, termal, lazer məsafəölçmə kanallı və TƏİR idarəetmə kanallı müstəqil nişanalma sabitliyi ilə kombinə edilmiş (gecə-gündüz) tuşlayıcı nişangah sistemi, habelə hədəf izləmə avtomatı daxildir.

Bu günə qədər mövcud UİDM-lərin heç birinin belə imkanları yoxdur.

Termal kanal sayəsində “PDM-ZTR” tipli hədəflərin gecə, eləcə də zəif görmə şəraitində (toz, yağış, qar, duman) aşkarlama diapazonu 1200 m-dən 3000 m-ə qədər artıb.

Döyüş maşınının tuşlayıcı-operatorunun sərəncamında, gecə saatlarında üç kilometrə qədər məsafədə düşməni aşkar etməyə imkan verən çoxkanallı mükəmməl atəşi idarəetmə sistemi var.

Döyüş modulunun hər iki tərəfinə 9K111-1M “Konkurs-M” tank əleyhinə idarə olunan raket kompleksinin mühafizə olunan buraxma qurğuları quraşdırılıb.

Silahlanmanın, təhlükəsizliyin, taktiki və atəş tapşırıqlarını həlletmə imkanları baxımından BTR-BM UİDM ilə təchiz olunmuş zirehli transportyor əslində təkərli piyadanın döyüş maşınına çevrilir.

Əhəd Əzizov

CATEGORIES
TAGS