
Türkiyə müdafiə sənayesinin 2023-cü il üzrə ixracat rəqəmləri açıqlanıb
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin dekabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin dekabrında 719.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il dekabr – 647.4 milyon ABŞ dolları) 2023-cü ilin dekabr ayında ixrac olunan məhsulların dəyəri artıb.
Qeyd edək ki, 2023-cü il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin il üzrə ümumi ixracı 5.5 milyard ABŞ dolları təşkil edib.
- Rəqəmlər milyon ABŞ dolları ilə əks olunub
TAGS Manşet