
Buk-MB3K kompleksi Belarus Ordusuna tədarük ediləcək
Belarus yeni orta mənzilli zenit raket kompleksinin (ZRK) sınaqlarını tamamlamaq üzrədir.
“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus bildirib.
Onun sözlərinə görə, yeni ZRK üç sınaq mərhələsindən keçib və dövlət sınaqları 2022-ci ilin birinci rübündə yekunlaşdırılacaq. Kompleks bütün sınaqlarını tamamladıqdan sonra Belarus Ordusuna tədarük ediləcək.
Qeyd edək ki, Belarusda milli raketlər hesabına hazırlanan orta mənzilli yeni zenit-raket kompleksi “Osa” kompleksinin əsasında yaradılıb və Buk-MB3K adlandırılır.
Buk-MB3K ZRK-nin kəşfiyyat, atəş və manevr imkanlarına görə digər orta mənzilli raketlərdən geri qalmadığı bildirilib. Bu sistem istənilən cür manevr edən aerodinamik hədəfləri ələ keçirmək gücündədir.