BUK-MB3K kompleksinin yeni şassisinin ilkin sınaqları başa çatıb

BUK-MB3K kompleksinin yeni şassisinin ilkin sınaqları başa çatıb

Minsk təkərli dartıcılar zavodunda (MZKT) BUK-MB3K zenit raket kompleksinin (ZRK) təkərli versiyasının döyüş idarəetmə məntəqəsinin (DİM) üçün nəqliyyat bazası kimi istifadə məqsədi ilə nəzərdə tutulmuş 6×6 təkər formullu MZKT-692251 gövdə şassisinin ilkin sınaqları başa çatıb.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Yaradılmış yeni məmulat MZKT-6922, MZKT-69221, MZKT-692250 gövdə şassisi ailəsinin varisi olmaqla öz sələflərinin yüksək səviyyəli keyfiyyət davamlığını nümayiş etdirib.

DİM avadanlıqlarının quraşdırılmasından ötrü məmulatın 2021-ci ilin may ayında müştəriyə təhvil verilməsini planlaşdırır.

MZKT-692251 avtomobili 6×6 təkər formuluna malik olmaqla, tam ötürücülü şassiyə və idarəolunan ön ox təkərlərinə sahibdir. Şassi 500 at gücündə 8 silindrli V şəkilli TMZ-8463.10 dizel mühərriki ilə təchiz edilib.

Avtomobildə quraşdırılmış 6 pilləli hidromexaniki ötürücü, 2 pilləli gücayırma qutusu, oxlararası və təkərlərarası diferensial sistemi olan kəsik körpülər MZKT-də layihələndirilib və istehsal olunub.

Şassinin yükgötürmə qabiliyyəti 7000 kq, yanacaq üzrə gediş ehtiyatı 800 km və şossedə maksimal hərəkət sürəti 75 km/saatdır.

MZKT-692251 avtomobilinin şassisində, OKB TSP Elmi-İstehsalat Birliyi tərəfindən istehsal olunan iki rəngli ekran, iki səsgücləndirici, elektron bloklar, kommutator, iki yan görünüş və bir arxa görünüş videokamerasından ibarət məlumat-idarəetmə sistemi quraşdırılıb. Məmulat avtomatik yanğın söndürmə sistemi, asqının və sükan idarəetməsinin hərəkətli birləşmələrinin avtomatik yağlama sistemi ilə təchiz edilib.

Beləliklə, MZKT-692250 şassisi ilə müqayisədə heyətin yerləşmə bölməsinin həcmindəki artım sayəsində yeni modeldə istilik, kondisioner və havalandırma sistemlərinin gücü artırılıb.

Heyətin yerləşmə bölməsi güllə keçirməzdir və davamlığı GOST R 50963 standartına uyğun olaraq Br3 müdafiə sinifinə uyğundur.

Bütün bu yeniliklər şassinin işləməsini asanlaşdırmaqla yanaşı, onu daha da effektiv edib.

180478624 309856613972957 3760521297126423708 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS