Cahangir Məmmədli: POLİQON IDEF-2023 xüsusi buraxılışının beynəlxalq tədbirdə nümayişi qürurvericidir

Cahangir Məmmədli: POLİQON IDEF-2023 xüsusi buraxılışının beynəlxalq tədbirdə nümayişi qürurvericidir

Ölkəmizdə və dünyadakı hərbi yeniliklərdən xəbər verən POLİQON jurnalının ingilis dilində olan xüsusi buraxılışı Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunub.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Moderator.az”a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bu yeniliyi mediamız adına növbəti uğur kimi dəyərləndirib:

“Azərbaycan mediası ölkəmizin müasir inkişafı ilə bağlı böyük işlər görür. Bugünlərdə Şuşada keçirilən Qlobal Media Forumunda çıxış edən dövlət başçısı da medianın fəaliyyətini yüksək qiymətləndirdi. Mediadan, onun fəaliyyətindən məmnunluğunu bildirdi. Bu mənada Azərbaycanın bütün uğurları, hərbi və hərbi-sənaye uğurlarının təbliği mühüm əhəmiyyətə malikdir.

Azərbaycan hərbi-sənayesi son illər çox böyük nailiyyətlərə imza atıb. Biz mətbuat olaraq bu nailyyətləri təbliğ etməli, bunu həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmalıyıq. Dostlarımız da, düşmənlərimz də bilməlidir ki, Azərbaycanda sənayenin bütün sahələri kimi, hərbi sənaye də sürətlə inkişaf edir.

Bu gün Azərbaycanın hərbi sənaye məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilir. Bu mənada “POLİQON IDEF-2023” xüsusi buraxılışının Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilməsi qürurvericidir və mediamız adına növbəti uğur kimi dəyərləndirilə bilər. Mən bir vətəndaş kimi bundan sevinc duyuram”.

Poliqon.az

CATEGORIES