Camcopter S-100 yeni mühərriklə uçuş testlərini keçdi

“Schiebel” şirkəti ağır yanacaqişləyən yeni mühərriklə təchiz olunmuş “Camcopter S-100” pilotsuz helikopterinin sınağını müvəffəqiyyətlə yekunlaşdırıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilib.

“Camcopter S-100”ün yeni mühərriklə birinci uçuşu Avstriyanın Viner-Noyştadt şəhərində “Schiebel”in zavodunda baş tutub. Pilotsuz helikopter Aİ-95 markalı benzinlə işləyən güclü qüvvə qurğusuyla təchiz edilib.

Konstruksiyaya görə yeni mühərrik əvvəlki versiyadan praktik olaraq fərqlənmir. Bunun sayəsində daha əvvəl buraxılmış pilotsuz aparatların asan müasirləşdirilməsi həyata keçirilə bilər. Yeni mühərriklə “Camcopter S-100” dəniz şəraitində istismara daha yaxşı yarayır.

“Camcopter S-100” müxtəlif məqsədlər üçün istifadə olunur. Helikopter istənilən hava şəraitində 5.5 km yüksəklikdə 200 km radiusda hərəkət edə bilir. Pilotsuz aparat 34 kiloqrama qədər yükü daşımaq və 10 saatadək havada qalmaq imkanlarına malikdir. ola bilər.

KATEQORIYA: