CAMM-ER raketinin GRIFO ZRK-dən atışı yerinə yetirilib

CAMM-ER raketinin GRIFO ZRK-dən atışı yerinə yetirilib

MBDA şirkəti CAMM-ER (Common Anti-Air Modular Missile – Extended Range) raketindən istifadə edərək GRIFO zenit-raket kompleksinin (ZRK) atış sınağını həyata keçirib.

“Poliqon” MBDA-ya istinadən xəbər verir ki, sınaq zamanı ilk dəfə olaraq, GRIFO ZRK-nin raket buraxılış qurğusu CAMM-ER raketi ilə atış yerinə yetirib.

Sınaq düşmən təyyarəsinin hücumunu imitasiya edən və hədəf kimi istifadə olunan pilotsuz uçuş aparatına qarşı həyata keçirilib. Uğurla tamamlanan sınaqda həm raketin, həm də bütün sistemin inteqrasiya olunmuş rejimdə müdafiə imkanları və performansı təsdiqlənib.

Qeyd edək ki, CAMM-ER raketi ilə təchiz olunan GRIFO ZRK İtaliya Ordusunun yeni nəsil hava hücumundan müdafiə sistemidir.

CATEGORIES