RegionXəbərlər

Cari ilin ilk ayı üçün Türkiyə müdafiə sənayesinin ixrac rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin yanvar ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin yanvarında 330.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il yanvar – 278.8 milyon ABŞ dolları) 2024-cü ilin yanvar ayında ixrac olunan məhsulların dəyəri artıb.

Qeyd edək ki, ötən il Türkiyənin müdafiə sənayesi 5.5 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.

Back to top button