“Cassidian”dan yeni nəsil Konvoy Müdafiə Jammeri
“Cassidian” şirkəti radio ilə idarə olunan improvizə olunmuş partlayıcı qurğular (RCIED) ilə hücumlara qarşı nəqliyyat konvoylarının müdafiəsini xeyli artıran yeni nəsil Konvoy Müdafiə Jammerini təqdim edib. “AzeriDefence”nin bildirdiyinə görə bu barədə şirkət öz saytında məlumat yayıb.
“Cassidian” tərəfindən inkişaf Konvoy Müdafiə Jammeri son sürətli SMART Responsive Jamming Technology sistemlərlə müqayisədə müdafiəni xeyli artırıb. Bu avadanlıq yol qırağındakı bombaları partlatmaq üçün istifadə edilən 20 MHz –dən 6 GHz tezliklər diapazonunda siqnalları təsnif edir. Jammer yeni rəqəmli qəbuledicinin və siqnal emal edici texnologiyalar sistemi sayəsində millisaniyədən çox aşağı reaksiya vaxtlarına nail ola bilir.
CATEGORIES Sənaye