Cassidiandan yeni passiv radar
Cassidian şirkəti təyyarələr daxil olmaqla müxtəlif hədəfləri aşkar edə bilən passiv radar hazırlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə cassidian şirkəti məlumat yayıb.
Cassidian yeni radarının texniki detallarını açıqlamayıb. Sistem kifayət qədər yığcamdır və mikroavtobusda yerləşdirilə bilər. Radarın sınaqları Ştutqart aeroportunda keçirilib və müvəffəqiyyətli olub.
KATEQORIYA: Sənaye