Müdafiə
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.



