Müdafiə

Cəbhəboyu zonada zabitlər üçün daha bir yaşayış kompleksi istifadəyə verilib – FOTO

Noyabrın 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.

Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, minifutbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.

Müdafiə naziri Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

ab4306363134b24be05b3931de912ded

c0186e58c0fb7fb45874bc2004f23a2d

5a1bb2c0e0a33dd3ed6c316fbc5d5aa2

534f04633866d73da69ab151778b451f

d155c4b2ce34b6205a0c4f0b6cc1cdb1

62494984d5a57fd6a6e563bb4279467a

 

Back to top button