Müdafiə
Cəbhədə iki erməni hərbçisi öldürülüb

Erməni tərəfi ötən gecə cəbhədə baş vermiş döyüşlərdə verdiyi itkilərlə bağlı ilkin rəqəmləri açıqlayıb.
“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, aprelin 26-da baş vermiş döyüşdə Ermənistan Ordusunun iki hərbi qulluqçusu – 1972-ci il təvəllüdlü Aram Aruşanyan və 1992-ci il təvəllüdlü Tiqran Poqosyan öldürülüb.
Hər iki hərbi qulluqçusu orduda müqavilə əsasında xidmət edirmişlər.




