
Cəbrayılda piyada əleyhinə mina partlayıb
2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) ətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb.
Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
CATEGORIES Xəbərlər
TAGS Manşet